Cəmiyyət

Ağcabədidə pirotexniki vasitələr aşkarlanıb – FOTO

Sharing is caring!


Pirotexniki vasitələrin satışını təşkil edən və qanunsuz odlu silah saxlayan şəxslər aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində  pirotexniki vasitələrin satışını təşkil edən şəxs müəyyən edilib.

Həmin şəxsdən aşkarlanan pirotexniki vasitələr götürülüb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi təmin edilib. Profilaktiki tədbirlər nəticəsində rayon sakinlərinin könüllü olaraq təqdim etdiyi iki ədəd ov silahı təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir