Cəmiyyət

Ağdaşda nənənin nəvəsi üçün yığdığı əməliyyat pulunu dələduzlar oğurladı – VİDEO

Sharing is caring!


Ağdaşda bir ailə dələduzluğun qurbanı olduğunu iddia edib.

Xezerxeber.az-ın məlumatına görə, bu iddia ilə Ağdaş sakini Zülfiyyə Nuriyeva çıxış edib.

Rayonun Aşağı Zeynəddin kənd sakini olan qadının sözlərinə görə, nəvəsi 13 yaşlı Abbas Nuriyev beyində normadan artıq su yığılmasını ehtiva edən hidrosefaliya xəstəliyindən əziyyət çəkir.

Bu günə qadər Abbas Nuriyev müxtəlif vaxtlarda 5 dəfə əməliyyat keçirib. Növbəti əməliyyat may ayına planlaşdırılırmış. Bu səbəbdən yeniyetmənin ailəsi yardım kampaniyasına başlayır. Əməliyyat üçün 4300 manata yaxın vəsait yığılıbmış. Bir nəfər zəng edərək Abbasa yardım edəcəyini söyləyib.

Zülfiyə Nuriyeva iddia edir ki, zəng edən şəxs ailəyə məxsus kartın üzərindəki 16 rəqəmli şifrəni alaraq əlavə 4000 manat pul köçürəcəyinə söz verib. Bütün məlumatları əldə edəndən sonra zəng vuran şəxs kartdakı pulu çəkib.  

Qadının sözlərinə görə, onlarla xarici ölkələrin birinə aid mobil nömrə ilə əlaqə saxlanıb.

Sonradan həmin nömrə ilə əlaqə saxlamaq cəhdləri nəticə verməyib. Zəngə cavab verən olmayıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, dələduzluqla bağlı Ağdaş Rayon Polis Şöbəsinə müraciət daxil olub və hazırda faktla bağlı araşdırmalar aparılır.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir