Dünya

İsrail prezidenti və XİN rəhbəri Bakıya səfər edəcəklər

Sharing is caring!


İsrailin xarici işlər naziri Eli Koenin Azərbaycana səfəri planlaşdırılır.

“Türkmənistana getməzdən əvvəl Koen İranla təxminən 800 kilometr ümumi sərhədi olan Azərbaycana səfər edəcək. Bu, iki ölkə arasında artıq strateji tərəfdaşlıq statusu almış münasibətlərin istiləşməsində daha bir addımdır”, – deyə məlumatda vurğulanıb.

Bildirilir ki, Tehran Koenin Türkmənistan səfərinin qarşısını almağa cəhd edib. Belə ki, Koenin Aşqabada planlaşdırılan səfərindən bir müddət əvvəl İİR Prezidenti İbrahim Rəisi türkmən həmkarı Sərdar Berdiməhəmmədovla telefon danışığı aparıb və Koenin səfərinin arzuolunmaz olduğuna inandırmağa çalışıb.

Məlumatda o da bildirilir ki, İsrailin dövlət başçısı İsxak Hersoqun da gələn ay Bakıya səfəri gözlənilir. 

Mənbə: “Ynet” 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir