Dünya

Xəstəxanada olan Berluskoninin vəziyyəti açıqlandı

Sharing is caring!


Aprelin 5-də Milanda qan xərçənginin ağırlaşması səbəbindən xəstəxanaya yerləşdirilən İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni reanimasiya şöbəsindən adi palataya köçürülüb.

İtaliya mətbuatı ölkə siyasətinin patriarxının vəziyyətinin yaxşılaşdığını yazıb.

86 yaşlı siyasətçi xroniki leykoz xəstəliyi fonunda ağciyər infeksiyasından müalicə alır.

Həkimlərin fikrincə, xəstənin tənəffüs və böyrək funksiyalarında yaxşılaşma var. Bildirilir ki, leykositlərin böyüməsi və iltihab sindromu təyin olunan dərmanların köməyi ilə uğurla dayandırılıb.

Mənbə: mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir