Dünya

G7 ölkələri yaşıl enerjiyə keçidi sürətləndirmək barədə razılaşıblar

Sharing is caring!


Bazar günü, aprelin 16-da Böyük Yeddilik (G7) qrupu ölkələrinin iqlim, energetika və ətraf mühit nazirləri günəş və külək enerjisinin inkişafı üçün yeni hədəflər təyin edərək, ənənəvi yanacaqlardan daha sürətli şəkildə imtinaya doğru irəliləməyə və bərpa olunan enerjinin inkişafını sürətləndirməyə razılaşıblar.

G7-nin energetika nazirləri Yaponiyanın Sapporo şəhərində iki günlük görüşlərini başa çatdırıblar. Bərpa olunan enerji mənbələri və enerji təhlükəsizliyi Rusiyanın Ukraynaya təcavüzündən sonra yeni aktuallıq kəsb edib.

“Əvvəlcə insanlar düşünürdülər ki, iqlim fəaliyyəti və enerji təhlükəsizliyi fəaliyyətləri potensial olaraq bir-biri ilə ziddiyyət təşkil edir. Lakin bizim apardığımız və kommünikedə öz əksini tapmış müzakirələr göstərir ki, onlar həqiqətən bir-birini tamamlayan  mövzulardır”, – Kanadanın Təbii Sərvətlər naziri Conatan Uilkinson bildirib.

İclas iştirakçıları öz kommünikelərində 2030-cu ilə qədər dəniz külək stansiyalarının birgə gücünü 150 ​​giqavat, günəş elektrik stansiyalarının gücünü isə 1 teravatdan çox artırmağı vəd ediblər.

Onlar həmçinin 2050-ci ildən gec olmayaraq enerji sistemlərində sıfır emissiyaya nail olmaq üçün ənənəvi yanacaqların mərhələli şəkildə imtinanı sürətləndirmək barədə razılığa gəliblər.

Mənbə: zn.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir