Dünya

Sudanda ordu ilə xüsusi təyinatlılar arasında silahlı qarşıdurma – VİDEO

Sharing is caring!


Sudanda ordu ilə çevik qüvvələr arasında toqquşma baş verib.

Belə ki, Xartumda xüsusi təyinatlıların qərargahı Sudan ordusunun əsgərləri tərəfindən qəfil hücuma məruz qalıb. Sudan ordusunun hər növ ağır və yüngül silahlarla hücuma keçdiyi vurğulanır.

Telekanalların məlumatına görə, xüsusi təyinatlıların qərargahı yaxınlığında partlayış və atışma səsləri eşidilir.

Paytaxtla Omdurman şəhəri arasındakı körpü bağlanıb, avtomobillərin hərəkəti dayandırılıb. Bundan başqa Sudanın beynəlxalq hava limanında uçuşlar ləğv edilib.

Sudan çevik qüvvələri Xartum və Merove hava limanlarını nəzarətə götürdüyünü və ölkənin nizami ordusuna “ağır itkilər” verdiyini açıqlayıb.

Qeyd edək ki, Sudan federal hökumətinin təhlükəsizlik xidməti də öz növbəsində çevik qüvvələri “qiyamçı” adlandırıb.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir