Cəmiyyət

Zəngilanın Ağalı kəndində məktəblilərin ilk qar sevinci – FOTO

Sharing is caring!

İşğaldan azad olunan Zəngilan rayonunun Ağalı kəndində məktəblilər ilk qar sevincini yaşayıblar.

Həmin anların şəkillərini Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi özünün rəsmi “Facebook” səhifəsində paylaşıb. 

Görüntülərdə məktəbin müəllim və şagird heyəti qartopu oynayıblar.

Qeyd edək ki, məktəb 360 şagird tutumuna malikdir.

2021-ci il aprelin 26-da Prezident İlham Əliyev tərəfindən Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməli qoyulub.

2022-ci il mayın 27-də “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir