Cəmiyyət

Türkiyə şirkətinin Azərbaycan filialının rəhbəri maliyyə fırıldaqçılığına görə işdən azad edilib

Sharing is caring!

Türkiyənin “Azinfo Dış Ticaret Anonim Şirkəti”nin Azərbaycandakı filialının qanuni təmsilçisi Pərviz Əlimurtuza oğlu Əliniyazzadə maliyyə fırıldaqçılığına görə işdən azad edilib.

“Report” xəbər verir ki, bu barədə şirkətin tərəfdaşlarına müraciətində bildirilib.

“Azinfo Dış Ticaret Anonim Şirkəti” araşdırmalar sona çatana qədər şirkətlə müqavilə əsasında, yaxud hər hansı bir formada iş birliyi quran təşkilat və şirkət rəhbərlərindən bunu nəzərə almağı xahiş edib.

Xatırladaq ki, sözügedən şirkət Azərbaycan bazarına 2016-cı ildə daxil olub. Hazırda onun qanuni təmsilçisi Türkiyə vətəndaşı Əşrəf Hakan Öztanlılardır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir