Dünya

Şimali Koreyedan “Hvason-18” qitələrarası raketi ilə bağlı bir ilk – FOTO/VİDEO

Sharing is caring!


Şimali Koreya ilk dəfə olaraq özünün ilk bərk yanacaqlı qitələrarası “Hvason-18” (“Hwasong-18”) ballistik raketini buraxıb.

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Buraxılış aprelin 13-də həyata keçirilib. Sınaqlara Şimali Koreya lideri Kim Çen In rəhbərlik edib.

Sınaqların qonşu ölkələrin təhlükəsizliyinə mənfi təsir göstərmədiyi bildirilib.

Agentlikdən vurğulanıb ki, yeni qitələrarası ballistik raket ölkənin nüvə əks-hücumuna hazırlığını əhəmiyyətli dərəcədə təkmilləşdirəcək.

Qeyd edək ki, buraxılış Şimali Koreya lideri Kim Çen Inın ABŞ-nin təlimlərinə cavab olaraq nüvə genişlənməsi ilə hədələməsindən bir neçə gün sonra baş verib. 

Mənbə: RBK

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir