Dünya

Çinin müdafiə naziri Rusiyaya səfər edəcək

Sharing is caring!


Çinin müdafiə naziri Li Şanfu aprelin 16-19-da Rusiyaya səfər edəcək.

Bu barədə Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefey məlumat verib.

“Li Şanfu Rusiya müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə aprelin 16-19-da Rusiya Federasiyasına rəsmi səfər edəcək”, – deyə o bildirib.

Çin Müdafiə Nazirliyinin rəhbərinin səfər zamanı Rusiya hərbi komandanlığı ilə danışıqlar aparacağı, hərbçilərin hazırlandığı təhsil müəssisəsinə baş çəkəcəyi planlaşdırılır.

Tan Kefeyin sözlərinə görə, son illərdə iki ölkə liderlərinin rəhbərliyi altında Çin və Rusiya ikitərəfli ordulararası əlaqələri yüksək səviyyədə saxlayıblar. “Çin və Rusiya Federasiyası strateji dialoqu davam etdirir və birgə təlimlər keçirir”, – deyə o xatırladıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir