Cəmiyyət

Qış parkında lift və eskalatorlar niyə işləmir? – AÇIQLAMA + FOTO/VİDEO

Sharing is caring!


Nəsimi rayonu, Mirzəağa Əliyev küçəsində yerləşən Qış parkında lift və eskalatorlar işləmir.

Oxu.Az xəbər verir ki, sözügedən parka keçmək üçün nəzərdə tutulan eskalator və liftlərin heç biri işlək vəziyyətdə deyil və yaşlılar, uşaq arabası ilə gəzintiyə çıxan insanlar üçün bu, ciddi maneə yaradır.

Həmçinin, sözügedən durum günün müxtəlif saatlarına aid deyil, qurğular ümumiyyətlə işləmir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Qış parkının aşağısındakı yeraltı dayanacaq təhvil alınan zaman orada bir sıra çatışmazlıqlar mövcud olub:

“Belə ki, təhvil zamanı lift və eskalatorlarda nöqsanların olduğu və işləmədiyi müəyyən edilib. Avtodayanacaqdakı lift və eskalatorların əsaslı təmiri nəzərdə tutulub”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir