Dünya

İran rejiminin dəyişməyən ənənəsi: Məcburi etiraflar – VİDEO

Sharing is caring!


“Qollarımı qandallayıb məni tavandan asdılar. Əvvəl elektroşokdan başladılar, paltarımı çıxartmışdılar və ayaqlarıma elektroşok verirdilər. Tələb edirdilər ki, haradan pul aldığımı deyim. Sonra məni təqribən iyirmi pillə aşağı düşürüb istintaq otağına apardılar. Əynimdə hələ də paltarım yox idi, üstümə su töküb qolf çubuğuna bənzər bir dəyənəklə arxamdan vururdular. Yalnız “ad çək!” deyirdilər. Sonra qarşıma bir mətn qoydular ki, indi kamera gətirəcəyik, bunları kamera qarşısında deməlisən. Razı olmadım. Yenidən elektroşokla işgəncə verdilər. 15 dəqiqə məni elektroşokla incitdilər. Nəhayət, rəis gəldi və dedi ki, iki saata bunun oğlu burada olsun. Mənim beş yaş altı aylıq bir oğlum var. Dedim ki, bunu etməyin. Axırı, mətni kamera qarşısında söyləməli oldum”.

Bunlar ötən il Məhsa Əmininin ölümü ilə İranda başlanan xalq etirazlarının gedişində həbs edilmiş, işgəncə və təhdid altında kamera qarşısında dırnaqarası “günah”ını etiraf etməyə məcbur olmuş Əli Bəhrampurun dünən “İran-vayr” saytında dərc edilən açıqlamasından bəzi məqamlardır.

39 yaşlı yazıçı və tərcüməçi, 10-dan çox kitabın müəllifi, eyni zamanda gənclərə sosial kommunikasiya və debat mədəniyyətindən dərs deyən Əli Bəhrampur 2022-ci il noyabrın 3-də etiraz nümayişində hökumət qüvvələrinin açdığı atəşlə qətlə yetirilmiş 22 yaşlı gənc qız Hədis Nəcəfinin qırx mərasimində iştirak etdikdən sonra Kərəc-Qəzvin magistral yolunda həbs edilmişdi. Az sonra SEPAH-a bağlı “Fars” informasiya agentliyi və digər saytlar onun təqribən 2 dəqiqəlik etiraf videosunu yaymış və onu “Qəzvin iğtişaşlarının lideri” kimi təqdim etmişdilər. Halbuki özünün dediyi kimi, həmin vaxta qədər onun Qəzvinə ayağı belə dəyməyib.

“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir