Dünya

Aİ “Vaqner” muzdlu dəstəsini qara siyahıya əlavə etdi

Sharing is caring!


Avropa İttifaqı Rusiyanın “Vaqner” özəl hərbi şirkəti və Federal İnformasiya Agentliyini (RİA FAN) bir sıra fiziki və hüquqi şəxslərin daxil olduğu qara siyahıya əlavə edib.

Bu barədə cümə axşamı müvafiq reqlamenti dərc edən “Aİ-nin Rəsmi Jurnalı”nda məlumat verilib.

Məlumata görə, “Vaqner” və RİA FAN “Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və təhdid edən hərəkətlərin maddi cəhərdən dəstəklənməsinə görə məsuliyyət daşıyırlar”.

Qeyd edək ki, Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra Avropa İttifaqı Moskvaya qarşı 10 iqtisadi və fərdi sanksiyalar paketi tətbiq edib. Onlar 1500 fiziki və 207 hüquqi şəxsi əhatə edir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir