Dünya

Çempionlar Liqası: “Mançester Siti” “Bavariya”nı qəbul edəcək, “İnter” Lissabon səfərində – AFİŞA

Sharing is caring!


Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Gecənin ən maraqla gözlənilən matçı İngiltərədə baş tutacaq. “Mançester Siti” öz meydanında Almaniya “Bavariya”sı ilə münasibətlərinə aydınlıq gətirəcək.

Digər görüşdə isə Portuqaliyada olacaq. Lissabonda “Benfika” İtaliyanın “İnter” klubu ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar

11 aprel

23:00. “Mançester Siti” (İngiltərə) – “Bavariya” (Almaniya)
Mançester, “Etihad” stadionu

23:00. “Benfika” (Portuqaliya) – “İnter” (İtaliya)
Lissabon, “Eştadiu du Benfika” stadionu

1/4 finalın digər iki oyunu aprelin 12-də keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir