Dünya

Çinə məxsus hərbi təyyarə və gəmilər Tayvanı “mühasirəyə aldılar”

Sharing is caring!


Tayvan dünən səhərdən bu gün səhərə qədər adanın ətrafında Çinə məxsus 70 hərbi təyyarə və 11 döyüş gəmisinin aşkarlandığını bildirib.

Hərbçilər qeyd ediblər ki, 70 təyyarədən 35-i Tayvan boğazında tərəflər arasında sərhəd xətti hesab olunan hava və dəniz xətlərini keçib və Tayvanın Hava Hücumundan Müdafiə Təsnifat Zonası (ADIZ) elan etdiyi bölgədə uçub.

Açıqlamada verilən məlumata görə, səkkiz “SU-30”, altı “J-10”, dörd “J-11”, səkkiz “J-16” tipli döyüş təyyarəsi və “TB-001” tipli silahlı dron Tayvan boğazındakı şərti “orta xətti” keçib. Həmçinin “Y-8 ASW” tipli dəniz patrul təyyarəsi və “KJ-500” tipli erkən xəbərdarlıq təyyarələri, “CH-4” silahlı dron və dörd “J-15” döyüş təyyarəsi ADIZ-in cənub hissəsinə doğru uçub.

Ada ətrafındakı uçuşlar və gəmi patrullarının Çin ordusunun Tayvan lideri Tsai İnq-venin Mərkəzi Amerika və ABŞ-yə səfərlərindən sonra başlayan hərbi təlimi ilə əlaqəli olduğu güman edilir.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir