Dünya

Almaniyada güclü yanğın: Sakinlər təxliyə olundu – VİDEO

Sharing is caring!


Bazar günü Hamburqda baş verən güclü yanğın nəticəsində ən azı 140 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.

Bu barədə yerli polis məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının nümayəndəsinin sözlərinə görə, vəziyyətin nə qədər təhlükəli olduğunu hələlik söyləmək mümkün deyil.

Bildirilir ki, Hamburqun Rotenburqsort rayonunda iki anbar yanır. Yanğınsöndürmə briqadası sakinlərə havada zəhərli qazlar və kimyəvi komponentlər səbəbindən təhlükə barədə xəbərdarlıq edib. Küləyin istiqamətinə görə tüstü buludu şəhər mərkəzinə doğru hərəkət edir. Sakinlərə pəncərə və qapıları bağlı saxlamaq və tüstüdən qorunmaq tövsiyə olunur.

Bölgədə qatarların və digər nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Zərərçəkənlər barədə hələlik məlumat daxil olmayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir