Dünya

Böyük Britaniyada Kral III Çarlzın portreti olan əskinasların çapına başlanılıb – FOTO

Sharing is caring!


İngiltərə Bankı yeni kral III Çarlzın portreti olan əskinasları çap etməyə başlayıb.

Yeni funt sterlinqin fotoşəkilləri sosial şəbəkələrdə yayılıb.

Qeyd olunur ki, yeni kralın portreti 5, 10, 20 və 50 funt sterlinq nominalında olan dörd polimer əskinasda həkk olunacaq.

Digər əskinasların dizaynı əvvəlki kimi qalacaq.

Bildirilir ki, yeni əskinaslar yalnız 2024-cü ilin ortalarından dövriyyəyə buraxılacaq.

Mənbə: Focus.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir