Dünya

Rusiyada yanğınsöndürənlərin ehtiyatsızlığı nəticəsində bir kənd alova bürünüb – VİDEO

Sharing is caring!


Rusiyanın Buryatiya Respublikasında yanğınsöndürənlərin ehtiyatsızlığı nəticəsində bir kənd alova bürünüb.

Hadisə Buryatiyanın Solontsı kəndində baş verib.

Belə ki, yanğınsöndürənlərin məqsədi sahədə olan quru otları yandırmaq olub.

Lakin ehtiyat tədbirləri düzgün aparılmadığından alov yaxınlıqdakı kəndin həyətyanı sahələrinə və evlərə keçib.

Respublikanın yerli administrasiyasından verilən məlumatda qeyd olunur ki, artıq kəndlilərə dəyən ziyan hesablanıb və onlara kompensasiya ödəniləcək.

Mənbə: Baza

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir