Dünya

“Bavariya” Nagelsmanı Manedən qorxduğuna görə qovub

Sharing is caring!


“Bavariya”nın gözlənilmədən baş məşqçisi Yulian Nagelsmanla yolları ayırması ilə bağlı yeni məlumat üzə çıxıb.

Bildirilir ki, gedişə mütəxəssisin komandanın oyunçusu Sadio Mane ilə yaşadığı problem səbəb olub.

Hadisə PSJ-yə qarşı Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan (2:0) sonra baş verib. Sözügedən qarşılaşmada cəmi səkkiz dəqiqə meydanda olan seneqallı forvard paltardəyişmə otağında komanda yoldaşlarının gözü qarşısında baş məşqçiyə sərt şəkildə etirazını bildirib. Digər futbolçular 35 yaşlı çalışdırıcının Sadionun qəzəbli nitqindən qorxduğunu görüblər.

İki gün sonra “Auqsburq”a qarşı Bundesliqa matçında Nagelsman Maneyə start heyətdə yer verib. Bu, mütəxəssisin digər futbolçularla münasibətlərinə təsir edib.

“Bavariya” rəhbərliyi mövcud situasiyanı məşqçinin zəifliyi kimi dəyərləndirib. Bu səbəbdən onunla yollar ayrılıb.

Xatırladaq ki, komanda Tomas Tuxelə tapşırılıb.

Mənbə: t-online.de

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir