Dünya

İsveç parlamenti NATO üzvlüyünə səs verdi

Sharing is caring!


Martın 22-də İsveç parlamenti ölkənin NATO-ya üzvlüyünə səs verib. Parlamentdə alyansla bağlı qanunvericiliyin müzakirəsindən sonra tarixi qərar çıxarılıb.

2022-ci ilin mayında Sosial Demokratların NATO-ya üzvlüklə bağlı mövqeyi dəyişdiyindən parlamentdə geniş əksəriyyət alyansa qoşulmaq istəyib.

Məsələ ilə bağlı yekun qərarın lehinə 269, əleyhinə isə 37 nəfər səs verib.

Bununla belə, İsveçin NATO-ya daxil olması üçün Türkiyə və Macarıstanın ölkənin müraciətini ratifikasiya etməsi tələb olunur.

Xatırladaq ki, Türkiyə XİN son olaraq İsveçin NATO-ya üzv olmaq üçün kifayət qədər səy göstərmədiyini bəyan edib.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir