Dünya

Millimizdən San-Marino ilə eyni göstərici – ARAŞDIRMA

Sharing is caring!


Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) futbol üzrə milli komandaların yaş ortalaması ilə bağlı araşdırma aparıb. 

Qurumun saytında yer alan siyahıda Azərbaycan yığması da yer alıb. 

Son bir ildə meydana çıxan futbolçulara əsasən tərtib olunan siyahıda millimiz 27,62 yaş ortalaması ilə 126 komanda arasında ən yaşlıların 47-cisidir. 48-ci olan San-Marino da eyni göstəriciyə malikdir.

Siyahı gəncdən yaşlıya sıralandqda isə milli 80-ci pillədə qərarlaşıb. Bu zaman San-Marino 79-cu göstərilib.

Ən yaşlı yığma Küveytdir. Bu millidə orta yaş 29,76-dır. Baham adaları (22,82) isə ən gənc yığmadır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir