Dünya

İsveçrə bankı milliləşdirilə bilər

Sharing is caring!


İsveçrə hakimiyyəti ölkənin UBS maliyyə holdinqi ilə sövdələşmənin baş tutmayacağı təqdirdə “Credit Suisse”in tam və ya qismən milliləşdirilməsi imkanını nəzərdən keçirir.

Məlumata görə, UBS-in dövlət dəstəyinə dair tələbləri sövdələşməni çətinləşdirib. Holdinq hökumətdən potensial məhkəmə çəkişmələrini, hüquqi və ya digər itkiləri öz üzərinə götürməyi xahiş edib. Belə ki, hesablamalara görə alqı-satqı prosesində 6 milyard dollarlıq bir rəqəm ortaya çıxıb. 

Həmçinin, “Credit Suisse” ən böyük səhmdarı Səudiyyə Ərəbistanı Milli Bankının dəstəyi ilə aktivlərinin UBS tərəfindən təklif olunan qiymətə – 1,1 milyard dollara satılması ilə bağlı sövdələşməni təxirə salır.” Credit Suisse” bu təklifini çox aşağı hesab edir.

Qeyd edək ki, martın 17-də bankın bazar dəyəri demək olar ki, 7,4 milyard frank (8 milyard dollar), 2022-ci ilin sonunda maliyyə təşkilatının kapitalının balans dəyəri isə 45 milyard frank təşkil edib.

Mənbə: vedemosti.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir