Dünya

Fransalı siyasətçi Parisi NATO-dan çıxmağa çağırdı: “Bu ittifaqı dağıtmaq lazımdır”

Sharing is caring!


Fransanın sağçı “Patriotlar” Partiyasının lideri Florian Filippo Parisi NATO-dan çıxmağa çağırıb.

O bildirib ki, alyans Avropanı dünya müharibəsinə sürükləyir.

Siyasətçi vurğulayıb ki, getdikcə daha çox fransalı üçüncü dünya müharibəsinə gedən bu yarışdan yorulur.

“Görürük ki, bizi bu münaqişəyə cəlb etməyə çalışırlar, lakin bu baş verməməlidir”, – deyə o qeyd edib.

Filippo əlavə edib ki, Şimali Atlantika Alyansı ölkələri militarist gündəmə əməl edir və Rusiyaya, Çinə qarşıdırlar.

“Bu ittifaqı dağıtmaq lazımdır, onun mövcud olması üçün heç bir səbəb yoxdur. Bu müharibə təşkilatıdır və son illər baş verənlər də bunu sübut edir”, – deyə o fikrini yekunlaşdırıb.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir