Dünya

Rusiyada güclü külək məscidin minarəsinin günbəzini uçurdu – VİDEO

Sharing is caring!

Ufada Ər-Rəhim məscidinin minarələrindən birinin üzərindəki günbəzi külək uçurub. İndi Başqırdıstan paytaxtındakı məbəd təkcə yarımçıq deyil, həm də sanki dağılmış görkəm alıb.

Respublika Müsəlmanları Ruhani İdarəsi hələlik hadisə ilə bağlı şərh verməyib.

Qeyd edək ki, Başqırdıstan hakimiyyəti 2006-cı ildə məbədin tikintisinə icazə verib və 2012-ci ildən etibarən Murtaza Rəhimov layihənin maliyyələşdirilməsində birbaşa iştirak edib. Onun nəzarət etdiyi “Ural” xeyriyyə fondu tikintinin sponsoru olmağa razılıq verib. Lakin məscidin inşası hələ də başa çatdırılmayıb.

Mənbə: mkset.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir