Dünya

Yaponiya Türkiyəyə humanitar yüklərin çatdırılmasında NATO-ya kömək edəcək

Sharing is caring!

Yaponiya hakimiyyəti NATO ölkələrinə zəlzələlərdən əziyyət çəkən Türkiyəyə humanitar yüklərin çatdırılmasında kömək etmək üçün Özünümüdafiə Qüvvələrinə məxsus təyyarə göndərmək qərarına gəlib.

Bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilib.

Qeyd olunub ki, təyyarə çərşənbə axşamı Pakistana uçacaq, Türkiyəyə çatdırılması lazım olan humanitar yardım partiyası oradadır. Bundan əlavə, Yaponiya hakimiyyəti zəlzələlərin nəticələrinin aradan qaldırılması ilə bağlı bilik və təcrübələrini NATO ilə bölüşmək niyyətindədir.

Yaponiya bundan əvvəl də Türkiyəyə həkimlər və xilasedicilərdən ibarət qrup, həmçinin bir neçə humanitar yardım təyyarəsi göndərib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir