Dünya

Moskva səmasında UNO göründü: Obyekt yanacaqdoldurma məntəqəsinə doğru uçub – FOTO

Sharing is caring!

Rusiyada Yeni Moskva istiqamətində uçan naməlum obyekt (UNO) görünüb.

Məlumata görə, UNO Kaluqa şosesində yerləşən “Tatneft” yanacaqdoldurma məntəqəsinə doğru uçub.

Gecə saatlarında bölgədə patrul xidmətində olan polis qrupundan bununla bağlı informasiya daxil olub. Polis qrupu aşağı hündürlükdə uçan və işıq saçan obyekt gördüyünü bildirib. UNO yanacaqdoldurma məntəqəsinə doğru hərəkət edib və bir müddət sonra yenidən Mixaylovo-Yartsevo qəsəbəsi istiqamətinə qayıdıb.

Xatırladaq ki, keçən cümə günü də Yeni Moskvada UNO-lar müşahidə ediliblər. Patrul polisi aşağı hündürlükdə dövrə vuran dörd obyekt gördüyünü deyib.

Mənbə: “SHOT” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir