İqtisadiyyat

Britaniya müdafiə sahəsinə külli məbləğdə pul ayıracaq

Sharing is caring!

Böyük Britaniyanın Baş naziri Rişi Sunak artan qlobal qeyri-sabitliyə cavab olaraq, yaxın iki ildə ölkənin hərbi büdcəsinin 5 milyard funt-sterlinq (6 milyard dollar) artırılacağını açıqlayıb.

Onun sözlərinə görə, məqsəd həyati vacib sursat ehtiyatlarını artırmaq və böyütmək, Britaniya nüvə obyektini modernləşdirmək və AUKUS sualtı proqramının növbəti mərhələsini maliyyələşdirməkdir.

Hesabatda deyilir ki, bu, Soyuq müharibədən bəri ən böyük artım hesab olunan 2020-ci ildə müdafiə xərclərinin dörd il ərzində 24 milyard funt-sterlinq (28,5 milyard dollar) artırılmasının ardından baş verir.

Mənbə: İnterfaks

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir