Dünya

Moskva ABŞ ilə dialoqa açıqdır

Sharing is caring!

“Moskva, lazım gəldikdə, Vaşinqtonla “Strateji Hücum Silahlarının Sonradan Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər Müqaviləsi” (START) üzrə təmasları davam etdirəcək”.

Bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov “RT Arabic”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, indiyədək bu sahədə ciddi nəticələr müşahidə edilməyib.

“Moskva dialoqdan imtina etmir və biz ona açığıq”, – rusiyalı nazir müavini bildirib.

Qeyd edək ki, martın 1-də Rusiya Prezidenti Vladimir Putin Rusiyanın START müqaviləsində iştirakını dayandıran qanunu imzalayıb. Putinin sözlərinə görə, Vaşinqtonda bəzi fiqurlar nüvə silahının sınaqdan keçirilməsi barədə düşünür, o zaman Moskva da analoji addımlar atacaq.

Xatırladaq ki, START müqaviləsi 2010-cu ildə Rusiya və ABŞ arasında imzalanıb və 2011-ci ildən qüvvəyə minib. Müqavilə 10 il müddətində qüvvədə olub və 2021-ci ildə bitib. 2021-ci ildə yeni START Müqaviləsi imzalanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir