Dünya

İspaniyada bahalaşan meyvəyə bəzi vətəndaşlar çıxış yolu tapdılar

Sharing is caring!

İspaniyada rekord qiymət artımı fonunda tərəvəz və meyvələrin birbaşa tarlalardan kütləvi şəkildə oğurluqlarına başlanıb. Qarət sənaye miqyasında – eyni anda bir neçə ton olduğu üçün fermerlər gecələr torpaqlarında gözətçilik etməyə məcbur olurlar.

Cəmi bir neçə gün ərzində Əndəlüsdə təkcə Huelva əyalətində əksəriyyəti çiyələk olmaqla 3 tondan çox meyvə oğurlanıb. Lakin real itkilərin bundan qat-qat çox ola biləcəyi ehtimal edilir, fermerlər isə asudə vaxtları olmadıqları üçün, həmçinin vəziyyətin dəyişəcəyi ümidi ilə bu barədə danışmırlar.

İspaniya Kiçik Fermerlər İttifaqının baş katibi Manuel Piedra bildirib ki, meyvə və tərəvəzlərin oğurlanması ilə yanaşı, tapdalanmış tinglər və ya zədələnmiş suvarma sistemləri şəklində də ciddi ziyan qeydə alınıb.

Mənbə: Business Insider

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir