Dünya

İstanbul terrorunu törədən 3000 ilədək həbs cəzası ala bilər

Sharing is caring!

Ötən il noyabr ayında Türkiyənin İstanbul şəhərində terror aktı törədən şəxs 3000 ilədək həbs cəzası ala bilər.

İş üzrə istintaq başa çatıb. İstanbulun 13-cü Cəza Məhkəməsi terror aktını törədən Ahlam Albaşır da daxil olmaqla 36 nəfərin təqsirləndirildiyi iş üzrə ilk məhkəmə iclaslarını mayın 9-11-nə təyin edib.

Ahlam Albaşır barədə ağırlaşdırıcı hallarla 7 ömürlük həbs, həmçinin 1949-cu ildən 3009-cu ilədək müddətə azadlıqdan məhrumetmə cəzası istənilib.

O, “terror təşkilatı yaratmaq və ya ona rəhbərlik etmək”, “partlayıcı vasitəsilə qəsdən adam öldürmə”, “təhlükəli maddələr saxlama” və digər maddələrlə ittiham olunur.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir