Sosial

Aprelin 5-dən bağçalar da bağlanır – Rəsmi

Sharing is caring!

Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonundakı bağçaların fəaliyyəti ilə bağlı qərar verilib.

XəbərAl.az xəbər verir ki, aprelin 5-dən Bakı başda olmaqla sözügedən şəhər və rayonlarda dövlət və özəl məktəbəqədər təhsil müəssisələri bağlanır.

Məlumatı Bakı Şəhər İcra Hakimiyyəti təsdiqləyib.

Qeyd edək ki, dünən Təhsil Nazirliyi 5 şəhər və 1 rayonda ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkil olunacağı ilə bağlı məlumat yaymışdı.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir