Dünya

“Real Madrid”də Florentino Pereslə Ançelotti arasında gərginlik

Sharing is caring!

Madrid “Real”ında klub prezidenti Florentino Peres və komandanın baş məşqçisi Karlo Ançelottinin münasibətləri pozulub.

“Relevo”nun xəbərinə görə, arada soyuqluq İspaniya Super Kubokunda “Barselona”ya məğlubiyyətdən sonra başlayıb. La Liqada “Atletiko” ilə qarşılaşmadan sonra isə klub prezidenti italyan mütəxəssisə ən yaxşı heyəti meydana buraxmaması ilə bağlı iradını bildirib. Çalışdırıcı qrafikin sıx olduğunu, bu səbəbdən rotasiyalar etməyə məcbur qaldığını deyib.

Ötən gecə keçirilən “Betis”lə səfər oyunundan (0:0) dərhal sonra isə Peres komandanın soyunub-geyinmə otağına yollanıb. Orada ikili uzun müddət müzakirə aparıb.

“Real Madrid” prezidentinin gedişatdan narazı olduğu və Ançelottidən sonrası üçün planlar qurduğu bildirilir.

La Liqada 24 turdan sonra 53 xalı olan “Real Madrid” lider “Barselona”dan 9 xal geridədir. Madrid klubu ölkə kubokunun yarımfinal mərhələsində də öz meydanında əzəli rəqibinə uduzub (0:1).

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir