Dünya

Aİ müdafiə nazirləri bütün mövcud mərmilərin Kiyevə göndərilməsi planını müzakirə edəcəklər

Sharing is caring!

Martın 7-8-də Stokholmda keçiriləcək qeyri-rəsmi görüşdə Avropa Komissiyasının anbarlarında olan 155 mm çaplı bütün artilleriya mərmilərinin Ukraynaya təcili göndərilməsi ilə bağlı plan və Avropa hərbi sənaye kompleksi üçün milyardlarla dollarlıq hərbi sifarişlərin təcili formalaşdırılması müzakirə ediləcək.

Bu barədə Belçikanın “Le Soir” qəzeti öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, plan gələn həftə Aİ müdafiə nazirləri tərəfindən qeyri-rəsmi görüşdə müzakirə olunacaq. Daha sonra Aİ müdafiə və xarici işlər nazirlərinin Brüsseldə planlaşdırılan birgə iclasında təsdiqlənəcək və martın 23-24-də Aİ sammitində işə salınacaq.

Bundan əvvəl NATO-nun mətbuat xidməti məlumat vermişdi ki, Alyansın Baş katibi Yens Stoltenberq bu görüşdə iştirak etmək üçün İsveçə yollanacaq. Tədbirdə həmçinin Ukrayna nümayəndələrinin də iştirakı gözlənilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir