Dünya

Zelenski müharibə ilinin ən pis günündən danışdı: “Şeytan burada – Yer üzündə idi”

Sharing is caring!

“Şəxsən mənim üçün Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin birinci ilində rusiyalı hərbçilərin Buçadakı cinayətləri ən dəhşətlisi olub”.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Fevral. Yenilməzlik ili” mövzusunda təşkil olunan mətbuat konfransı zamanı bildirib.

Prezident Zelenskidən Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin birinci ilində onun üçün ən dəhşətli gecə və günlərin hansı olduğu soruşulub.

“Yəqin ki, Buça. Mən gördüklərim… Şəhəri işğaldan azad etdiyimiz an… çox qorxunc idi… Biz həqiqətən gördük ki, şeytan haradasa oralarda deyil, Yer üzündədir”, – deyə Zelenski vurğulayıb.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir