Dünya

Almaniya polisindən həyəcan: Dəmiryol stansiyası mühasirəyə alındı

Sharing is caring!


Almaniya polisi Vuppertal şəhərində (Şimali Reyn-Vestfaliya vilayəti) qatar stansiyasını mühasirəyə alıb.

Bildirilib ki, stansiyaya gələn regional qatarda silahlı şəxs ola bilər.

Bir müddət öncə isə stansiyada partlayıcı qurğunun aşkarlanması ilə bağlı təsdiqlənməmiş məlumatlar yayılıb.

Hadisə ilə əlaqədar Rur bölgəsi ilə Köln arasındakı hissədə qatarların hərəkəti dayandırılıb.

Polis bildirib ki, əməliyyat “xətlərdən birində təhlükəsizlik problemi” səbəbindən həyata keçirilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir