İdman

Türkiyə Super Liqası: “Fənərbağça” qalib gələrək liderliyi ələ keçirdi – VİDEO

Sharing is caring!


Türkiyə Super Liqasında hazırda 26-cı turun oyunları keçirilir.

Tur çərçivəsində çempionluğa iddialı “Fənərbağça” “Çaykur Rizespor”un qonağı olub.

İstanbul klubu oyunda ilk topu buraxan tərəf olsa da, Dursun (48), Dzeko (65) və Kahvecinin (90+3) qolları ilə qalib gəlməyi bacarıb – 1:3.

Bu nəticədən sonra “sarı-lacivərdlər” çempionatda liderliyi ələ keçiriblər. Hazırda “Fənər” 67 xala malikdir və bir oyun az keçirən “Qalatasaray”ı cəmi bir xal qabaqlayır. Rize klubu isə 36 xalla 6-cı sırada qərarlaşıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir