Siyasət

Polineziya təmsilçisi: “Fransanın nüvə sınaqlarına görə əhalimiz xərçəng xəstəliyinə düçar olur”

Sharing is caring!


“Nüvə sınaqlarına görə qadınlarımız və kişilərimiz xərçəng xəstəliyinə düçar olurlar. Fransa məsuliyyətdən qaçır, buna görə utanmalıdır”.

“Report” xəbər verir ki, bunu Fransız Polineziyasının təmsilçisi, Tavini partiyasının baş katibinin gənclər və beynəlxalq əlaqələr üzrə müavini Ella Tokorigi Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə həyata keçirilən “Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişafı” mövzusunda konfransda deyib.

“Bizim xalqlarımız azadlıq tərəfdarıdır. Biz Azərbaycan hökumətinə və xalqına bizə göstərdiyi diqqətə, o cümlədən qadınlara qarşı siyasətinə görə təşəkkür edirik. Uzun zaman biz Fransa idarəçiliyi altında yaşamışıq. Bu masa ətrafında biz çox güclü qadınlar görürük. Onlar ayağa qalxır, mübarizə aparırlar. Biz bərabərlik, azadlıq sözlərini tez-tez eşidirik, ancaq onların dəyərini bilmək, onlara hörmət etmək lazımdır. Bizim adət-ənənələrimiz tamamilə darmadağın edilib. Uzun illər nüvə sınaqlarının qurbanı olmuşuq, çünki ərazimizdə 30 ildən çox nüvə sınaqları keçirilib”.

Fransız Polineziyası təmsilçisi üzləşdikləri digər problemlərdən də söz açıb:

“Polineziyalı tələbələrin 17,5 faizi, sadəcə, üçillik bakalavr təhsilini bitirə bilirdi. Qadınlar erkən yaşda təhsildən uzaqlaşdırılır və fahişəliklə məşğul olmağa məcbur edilirlər, çünki onlar ailələrini dolandırmalıdırlar. Bizim dilimiz unudulur, çünki sadəcə, Napoleon Bonapartın dilinə önəm verilir. Təhsilə çıxış uğur olsa da, yetmir, bərabərlik olmalıdır, təhsil inklüziv olmalıdır. Həmçinin, qadınlar üçün iqtisadi və siyasi imkanlar yaradılmalıdır. Səhiyyədə də problemlər mövcuddur. Xidmətlərdə bərabərsizlik var. Səhiyyə strategiyası təkmilləşdirilməlidir. 2019-cu ildə pandemiya zamanı 700 nəfər həyatını itirdi. Çünki böhran yaxşı idarə edilmədi. Bizim kimi əhalisi az olan ölkə üçün bu, çox böyük rəqəmdir”, – o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir