İdman

“Real Madrid”in hücumçusu Braziliyada 2023-cü ilin ən yaxşı futbolçusu seçilib

Sharing is caring!


İspaniyanın “Real Madrid” klubunun hücumçusu Vinisius Junior ölkəsi Braziliyada 2023-cü ilin ən yaxşı futbolçusu seçilib.

“Report” xəbər verir ki, 23 yaşlı forvard “Qızıl Samba” mükafatına layiq görülüb.

Səsvermədə ikinci yeri Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən Neymar tutub. İlk “üçlüy”ü Fransa PSJ-sinin müdafiəçisi Markinyoş qapayıb.

2021-ci ilə qədər “Qızıl Samba” Avropada oynayan ən yaxşı braziliyalıya verilirdi. Son üç ildə bu mükafatı Neymar qazanıb.

Qeyd edək ki, Vinisius Junior bu mövsüm 13 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir