Dünya

Ned Prays: “Üçtərəfli görüş barədə təklif Azərbaycan və Ermənistan tərəfinə çatdırılıb”

Sharing is caring!

“Bildiyim qədər ilə, Brüssel görüşü barədə təklif Azərbaycan və Ermənistan tərəfinə çatdırılıb”.

Oxu.Az-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirilən brifinqdə yaxın günlərdə Brüsseldə Ermənistan və Azərbaycanla üçtərəfli görüşün tarixi barədə sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, tərəflərin özləri istənilən belə görüşdə potensial iştirakları barədə danışmalıdırlar.

Prays həmçinin Vaşinqtonun proseslə bağlı son həftələrdə gördükləri tərəqqinin davamına ümid etdiyini bildirib.

“Biz də bu problemin hərtərəfli həllinə yönəlmiş danışıqlar prosesində tərəfləri dəstəkləməyə hazırıq”, – deyə o, sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, bir gün öncə Prays Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşkilatçılığı ilə Ermənistandan və Azərbaycandan olan nümayəndələrin iştirakı ilə görüşün keçirilməsi planlaşdırıldığını bildirib. O, ABŞ-nin tərəflər arasında dialoq və ünsiyyəti davam etdirmək üçün öz səylərini əsirgəməyəcəyini bəyan edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir