Cəmiyyət

Lənkəranda dini icma rəhbəri intihar edib

Sharing is caring!

Lənkəran rayonu, Qurumba kənd məscidinin dini icmasının sədri Hacıhəsən Babayev intihar edib.

“Report”un Cənub bürosunun məlumatına görə hadisə məscidin ərazisində baş verib.

Belə ki, H.Babayev məscidin həyətində olan yardımçı tikilidə özünü asıb. O, intihar etməzdən əvvəl məktub yazaraq heç kəsin günahının olmadığını bildirib.

Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə baxış keçirib. Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir