Cəmiyyət

Vəkillər Kollegiyasının üzvü UNESCO-nun Apellyasiya Şurasının alternativ sədri seçilib

Sharing is caring!

UNESCO-nun İcraiyyə Şurasının 215-ci sessiyası çərçivəsində qurumun Apellyasiya Şurasının alternativ sədri vəzifəsinə seçkilər keçirilib.

Azərbaycanın UNESCO üzrə Milli Komissiyasından verilən məlumata əsasən, seçkilərdə vəkil Ruhiyyə İsayeva İcraiyyə Şurasının üzvlərinin səsinin mütləq əksəriyyətini toplayaraq qurumun Apellyasiya Şurasının alternativ sədri vəzifəsinə seçilib.

Beləliklə, azərbaycanlı ilk dəfə UNESCO-nun Apellyasiya Şurasının alternativ sədri seçilir.

Qeyd edək ki, UNESCO-nun Apellyasiya Şurası qurumun İşçi Qaydaları çərçivəsində işçi heyətin inzibati qərara və ya intizam tənbehi tədbirinə qarşı verdiyi şikayətlər üzrə tövsiyə vermək üçün baş direktor tərəfindən yaradılmış inzibati orqandır.
 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir