Dünya

Çində kömür mədəninin çökməsi nəticəsində 5 nəfər ölüb

Sharing is caring!

Çinin şimalında kömür mədənində yaranan uçqun nəticəsində azı 5 nəfər ölüb, 6 nəfər yaralanıb, 48 nəfər isə itkin düşüb.

Bu barədə cümə axşamı Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Hadisə zamanı mədəndə təxminən 60 nəfərin olduğu bildirilib. İnsident çərşənbə günü Çinin Daxili Monqolustan Muxtar Vilayətinin Alaşan oymağında (yerli inzibati ərazi vahidi – red.) baş verib.

Bildirilir ki, qəza yerində minə yaxın xilasedici işləyir. Əraziyə 150-dən çox texnika cəlb edilib.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir