Dünya

Stoltenberq: “İsveçin Türkiyə ilə danışıqlarında irəliləyiş görürəm”

Sharing is caring!

NATO-nun baş katibi Yens Stoltenberq cümə axşamı bildirib ki, o, İsveçin alyansa üzvlüyü ilə bağlı Türkiyə ilə danışıqlarında irəliləyiş görür.

“Mən irəliləyiş görürəm. Mənim məqsədim Finlandiya və İsveçin blokun 11-12 iyulda Litvada keçiriləcək sammitində NATO-nun tamhüquqlu üzvü olmasıdır”, – deyə o, bəyan edib.

Xatırladaq ki, Finlandiya və İsveç 2022-ci ilin mayında Şimali Atlantika Alyansına üzvlük üçün müraciət ediblər. Lakin Türkiyə Skandinaviya ölkələrinə qarşı bir sıra tələblər, o cümlədən terrorizmdə və ya dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunan şəxslərin ekstradisiyasını tələb edərək üzvlük prosesini əngəlləyib. İyunun 28-də Türkiyə, Finlandiya və İsveç arasında son iki ölkənin NATO-ya üzv olmasına icazə verən memorandum imzalansa da, İsveç onun şərtlərini hələ də tam olaraq yerinə yetirməyib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir