Dünya

ABŞ Ukraynaya beşinci nəsil döyüş təyyarələrinin tədarükünü müzakirə edir

Sharing is caring!

ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bildirib ki, Vaşinqton Ukraynanı beşinci nəsil döyüş təyyarələri ilə təchiz etmək imkanını müzakirə edir.

Dövlət Departamentinin rəsmisi həmçinin bəyan edib ki, ABŞ fevralın 24-də Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayacaq. Eyni zamanda o əlavə edib ki, Çin şirkətlərinə qarşı da sanksiyalar tətbiq olunacaq.

Nuland qeyd edib ki, ABŞ Çinin Ukraynaya dair sülh planını cümə günü təqdim edəcəyini gözləyir və bu sənədi nəzərdən keçirmək istəyir.

Mənbə: mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir