Dünya

Zəlzələ dağıntıları altından ölü kimi çıxardıqları gənc qəbirdə dirildi – FOTO

Sharing is caring!

Suriyada fevralın 6-da baş verən zəlzələ zamanı dağılan binanın qalıqları altından çıxarılan və öldüyü düşünülən gənc məzarlıqda “dirilib”. Hadisə Atarib qəsəbəsində baş verib.

Məlumata görə, Əhməd əl-Mağribinin heç bir həyat əlaməti görünmədiyi üçün öldüyü düşünülüb və morqa aparılıb. Onun ailəsini iki gün sonra tapmaq mümkün olub. Şəxsiyyəti dəqiqləşdirildikdən sonra gənc dəfn üçün qəbiristanlığa aparılıb. Lakin məzara qoyduqda o tərpənib. Gözlərinə inanmayan ailə onu cəsəd torbasından çıxararaq yenidən xəstəxanaya aparıb. Bundan sonra Əhmədin müalicəsinə başlanılıb.

O da vurğulanır ki, ürəyi dayanan adamın yenidən həyata qayıtması çox nadir hadisələrdəndir.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir