Dünya

Azərbaycanın Türkiyədəki səfiri zəlzələdə xəsarət alan uşaqlara xəstəxanada baş çəkib – FOTO

Sharing is caring!

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov zəlzələ nəticəsində yaralanan və Ankara Universiteti Tibb fakültəsi Cebeci Araşdırma və Tətbiq Xəstəxanasında müalicə alan uşaqlara baş çəkib.

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfir Ankara Universitetinin rektoru Necdet Ünüvarın müşayəti ilə Aleyna Ölmez, Hülyasu Kısa, Feyza Nur Yakar, Miraç Eren Döner, Ayça Çepni və Zeynep Küçüklerin səhhəti ilə maraqlanıb.

Necdet Ünüvar Azərbaycan səfirinə uşaqların müalicəsi barədə məlumat verib.

Səfir uşaqlara hədiyyələr təqdim etdikdən sonra onlarla və yaxınları ilə söhbət edib, xoş arzularını çatdırıb, xəsarət alanların tezliklə sağalmalarını arzulayıb.

Səfir bəyan edib ki, Türkiyə heç vaxt tək deyil:

“Azərbaycan dövləti və xalqı hər zaman qardaşlarımızın yanındadır. Azərbaycan bundan sonra da zəlzələnin yaralarının sağalması üçün əlindən gələni edəcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir