Cəmiyyət

Nazir polkovniki yüksək vəzifəyə TƏYİN ETDİ

Sharing is caring!

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Ələkbər Xələfov Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Ə.Xələfov bu təyinata qədər həmin İdarədə şöbə rəisi vəzifəsində çalışıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir