İdman

Ronaldu “Yuventus”u məhkəməyə verdi

Sharing is caring!


“Ən-Nəsr”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu keçmiş klubu İtaliya “Yuventus”unu məhkəməyə vermək qərarına gəlib.

Məlumata görə, buna səbəb koronavirus pandemiyası zamanı maaşların verilməməsi olub.

Məbləğin 19,9 milyon avro olduğu qeyd edilir. Futbolçu qarşılıqlı razılaşma əsasında karantin zamanı dondurulmuş pulu almaq istəyir.

Xatırladaq ki, Ronaldu 2018-2021-ci illərdə “Yuventus”da çıxış edib. Komandanın heyətində o, ikiqat İtaliya çempionu və İtaliya kubokunun qalibi olub.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir