Dünya

Kahramanmaraşın bir bölgəsində axtarış-xilasetmə işləri başa çatdırıldı

Sharing is caring!

Kahramanmaraş şəhərinin Türkoğlu rayonunda axtarış-xilasetmə işləri başa çatıb.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bu barədə Karaman valisi Tuncay Akkoyun Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə Kahramanmaraş şəhərində görüşü zamanı deyib.

O bildirib ki, Türkoğlu rayonunda zəlzələ zamanı 152 bina dağılıb, 25 məscidə ziyan dəyib, 54 binada isə axtarış-xilasetmə işləri aparılıb.

Vali qeyd edib ki, dağıntılar altından 113 nəfər sağ, 679 nəfərin isə meyiti çıxarılıb.

T.Akkoyunun sözlərinə görə, təbii fəlakət nəticəsində 2 icra nümayəndəsi, 17 müəllim və 1 polis əməkdaşı həlak olub:

“Hazırda zərərçəkmişlər çadır şəhərciklərinə yerləşdirilib, onlara lazımi yardımlar göstərilir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir