Dünya

Kaliforniyada atışma: Uşaq və jurnalist də daxil olmaqla ölənlər var – FOTO

Sharing is caring!

ABŞ-nin Kaliforniya ştatının Oranc dairəsində baş verən atışma nəticəsində azı 3 nəfər həlak olub.

Bu barədə yerli polis idarəsinin “Twitter” hesabında məlumat verilib.

Bildirilib ki, artıq hadisə ilə əlaqədar 19 yaşlı Keyt Melvin Mozes saxlanılıb. O, odlu silahla atəş açmaqla 20 yaşlı qadın, 9 yaşlı qız və “News 13”ün əməkdaşını öldürməkdə şübhəli bilinib.

Bundan başqa çəkiliş qrupunun daha bir üzvü yaralanıb, onun vəziyyəti ağır qiymətləndirilib.

Hadisənin səbəbləri məlum deyil.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir